Modern.az

Malidə hoteldə 27 nəfərin meyiti aşkarlanıb

 Malidə hoteldə 27 nəfərin meyiti aşkarlanıb

20 Noyabr 2015, 21:37

 

Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində 27 nəfərin meyiti aşkarlanıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə ölkədəki BMT sülhməramlıları bildirib.  

Hazırda hoteldə axtarış aparılır. Ölənlərin sayı dəqiqləşdirilir.

AFP agentliyinin məlumatına görə, hotelə hücumda iştirak edən 2 terrorçu məhv edilib.  

Qeyd edək ki, terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılmışdı.

 Modern.az

   
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi