Modern.az

İnternetlə bağlı problem tamamilə həll olunub

 İnternetlə bağlı problem tamamilə həll olunub

Təhsil

20 Noyabr 2015, 21:50

 

"İnternetlə bağlı problem tamamilə həll olunub. Alternativ kanallarımız hər zaman olub. Kanalda problem yox idi”. Modern.az saytı "APA-Economics"ə istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri əvəzi, nazir  müavini İltimas Məmmədov deyib.

  "Biz əlimizdən gələni edirik ki, bir daha belə hal baş verməsin. Avadanlıqların köçürülməsi prosesi bu axşam başa çatır. Hər şey yüksək səviyyədə olacaq", - deyə İ. Məmmədov bildirib.

  Xatırladaq ki,  noyabrın 16-da Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalmışdı. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin DATA Mərkəzində baş verən yanğın olmuşdu.  

 Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi