Moskvada hazırda Azərbaycanda cəza çəkən Quli ləqəbli “qanuni oğru” Nadir Səlifovun nəzarətindəki cinayətkar qruplaşmanın qarısı alınıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat zamanı mütəşəkkil cinayətkar rquplaşmanın 3 üzvü saxlanılıb. Onlar adam oğurluğu üzrə “ixtisaslaşmış” qruplaşma üzvü kimi fəaliyyət göstərirdilər.
Bundan əvvəl saxlanılanlar bu il sentyabr ayının ortalarında Moskvada iş adamının oğurlanması ilə “parıldayıblar”. Cinayətkarlar “Ford Eksplorer” avtomobilini almaq adı ilə biznesmenlə görüşüblər. Alqı-satqı yerinə gələn dəstə üzvləri iş adamına hədə-qorxu gələrək onu Podolska gətirib azad olunması müqabilində 400 min rubl tələb ediblər. Cinayətkarlar tələb etdikləri məbləği alıblar, iş adamı isə hüquq-mühafizə orqanlarına müraciət edib.
Əməliyyatçılar aldıqları informasiya üzərində işləyərək cinayətkarların izinə düşə biliblər. Nəticədə Moskvada üç ünvanda iki Azərbaycan və Gürcüstan vətəndaşı saxlanılıb. Rəsmi məlumata görə, saxlanılanların üçü də “qanuni oğru” Qulinin nəzarətindəki mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri olublar.
Hazırda saxlanılanların həbsi məsələsi həll edilir. Polisdə onların Rusiyanın müxtəlif regionlarında törədilən cinayətlərdə iştirakları ilə də bağlı məlumatlar var.
Modern.az