Yeni Zelandiyanın Foks buzlaq rayonunda turistlərin olduğu helikopter qəzaya uğrayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, nəticədə hava gəmisinin göyərtəsindəki 8 nəfərin hamısı həlak olub.
Bu, Yeni Zelandiyanın Cənub adasındakı ərazidə birinci faciə deyil, 2010-cu ildə paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması zamanı 10 nəfər həlak olub.Foks buzlağı Yeni Zelandiyada ən populyar turist mərkəzlərindən biri hesab edilir.
Modern.az