İngiltərə məhkəməsi terror təşkilatı PKK-ya qatılmaq məqsədilə ölkəni tərk edən Silan Özçeliki 21 ay həbsə məhkum edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 18 yaşlı Özçelik keçən ilin oktyabr ayında ailəsinə bir məktub və 25 dəqiqəlik video mesajı buraxaraq Londondan ayrılıb. O, mesajında terror təşkilatı PKK-ya qatılmağa getdiyini qeyd etmişdi.
İngilis vətəndaşı olan Özçelik oktyabrın 27-də Londondan qatarla Brüsselə gedib, 2015-ci il yanvarın 16-da Londona dönüb. Özçelik Londona qayıdanda həbs olunub.
Məhkəmənin noyabrın 20-də keçirilən iclasında Özçeliki terror aktlarına hazırlaşmaqda günahkar bilib.
Özçelik PKK ilə əlaqəsi səbəbindən günahkar hesab edilən ilk İngiltərə vətəndaşı oldu.
İngiltərə 2001-ci ildən bu yana PKK-nı terror təşkilatı kimi qəbul edir.
Modern.az