Modern.az

Malidəki terrorda iki Rusiya vətəndaşı ölüb

Malidəki terrorda iki Rusiya vətəndaşı ölüb

21 Noyabr 2015, 11:07


Malidə “Radisson Blu” otelində terrorçuların girov götürdükləri arasında ölənlərdən minimum iki nəfəri Rusiya vətəndaşıdır. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu Mali paytaxtındakı tibb mərkəzlərindən birinin baş direktoru Kassum Sanoqo bəyan edib.

Həkimin sözlərinə görə,  noyabrın 20-də Qabriel Ture mərkəzinə Rusiyanın Malidəki səfiri Aleksey Dulyan gəlib. O, terror aktı zamanı öldürülən iki rusiyalını tanıyıb. 

Bundan əlavə, terror zamanı 3 Çin, eləcə də bir Almaniya və ABŞ vətəndaşının öldürüldüyü də müəyyənləşdirilib. Adıçəkilən mərkəzə məhv edilən iki terrorçunun da cəsədi gətirilib. Onların etnik mənsubiyyəti hələ ki dəqiqləşdirilməyib.

Noyabrın 20-də bir qrup terrorçu Mali paytaxtındakı “Radisson Blu” otelində 170 nəfəri girov götürüblər. Bir neçə saat sonra hücum nəticəsində girovların bir hissəsini azad etmək mümkün olub, bir hissəsi isə ölüb. Mali hakimiyyəti 19 nəfərin öldüyünü rəsmən təsdiqləyib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi