Modern.az

Tibb Universitetində yeni şöbə yaradılır

Tibb Universitetində  yeni şöbə yaradılır

21 Noyabr 2015, 11:13

Bu gün akademik Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında yeni qurulmaqda olan sümük iliyi transplantasiyası şöbəsinə baş çəkərək işlərin gedişi ilə tanış olub və öz tövsiyyələrini verib.

ATU-dan Modern.az-a verilən məlumata görə, tədris-terapevtik klinikasının direktoru, professor Surxay Musayev şöbənin qurulmasında son tamamlama işlərinin getdiyini və lazım olan avadanlıqların əksəriyyətinin klinikaya gətirilərək qurulduğunu bildirib. 

Hematologiya şöbəsinin müdiri Valeh Hüseynov qeyd etdi ki, “bütün dünyada olduğu kimi Respublikamızda da hematoloji xəstələrin sayı artmaqdadır. Tibbin son nailiyyətlərinə əsasən bu gün bir çox hematoloji  xəstəliklərin sağalmasına nail olmaq mümkündür. Yeni müalicə protokolları ilə yanaşı onko-hematoloji xəstələrin müalicəsində əsas yeri sümük iliyi və ya kök hüceyrə transplantasiyası tutur. Son illərdə kök hüceyrə transplantasiyası tibbin digər sahələrində də  tədbiq olunur. Xüsusilə bəzi onkoloji, qastroenteroloji, kardioloji xəstəliklərin müalicəsində geniş istifadə olunur”.

Qeyd edək ki, Tibb Universitetinin  Tədris-terapevtik klinikasında yaradılan yeni şöbə kök hüceyrə toplanması, dondurulması üçün cihazlarla təchiz olunmuşdur. Sümük iliyi transplantasiyanın həyata keçirilməsi üçün xüsusi steril şərait və hepafiltrlə təchiz olunmuş bölmənin qurulması işləri sona çatmaqdadır. Təbii ki, bu işlərin həyata keçirilməsi üçün peşəkar personalın olması əsas şərtlərdən biridir. Bunun üçün ona yaxın həkim və tibb bacısı Türkiyə və Avropa ölkələrinin müxtəlif klinikalarında təkmilləşmə kursu  keçiblər.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi