Modern.az

Özünü partladan qadın yox, kişi olub

Özünü partladan qadın yox,  kişi olub

Təhsil

21 Noyabr 2015, 18:06


Fransa polisi  Parisdəki silsilə terror aktlarından sonra keçirilən əməliyyat zamanı özünü partladan şəxsin qadın deyil, kişi olduğu haqda məlumat yayıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, Parisdəki terror hücumlarının təşkilatçılarını tutmaq üçün polisin Saint-Denisde həyata keçirdiyi əməliyyatda özünü partladan şəxsin Hasna Aitboulahcen olmadığı ortaya çıxıb. Fransa polisinin açıqlamasında bildirilir ki, eyni əməliyyatda öldürülən və terror aktını planlaşdıran Əbdülhəmid Abaaoudun əmisi qızı Hasna  Aitboulahc canlı bomba olmayıb.

Bir neçə gün öncə 7 saat davam edən əməliyyatdan sonra Hasna  Aitboulahcenin Avropada özünü partladan ilk qadın canlı bomba olduğu iddia edilib. Polisin Saint-Denisde həyata keçirdiyi əməliyyatda 3 terrorçu öldürülüb.

Ağa Akifoğlu

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi