Modern.az

Bakı-Qazax yolunda ağır qəza

   Bakı-Qazax yolunda ağır qəza

Təhsil

22 Noyabr 2015, 22:43

 

Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. Modern.az-ın APA-ya istinadən məlumatına görə, “KAMAZ” markalı maşınla “VAZ-21011”-in toqquşması nəticəsində “VAZ”-ın sərnişini Düyərli kənd sakini, 1959-cu il təvəllüdlü Rafiq Nağıyev hadisə yerində ölüb.

Onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Sevinc Nağıyeva və həmkəndlisi, 1967-ci il təvəllüdlü İxtiyar Cəlilov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi