Noyabrın 22-də Binəqədi rayonu ərazisində yaşayan Sərmayə Ağarzayeva, İsmayıllı rayonunun Talıstan kəndində yaşayan Yeganə Qasımova və oğlu Fərid mənzillərində dəm qazından zəhərlənərək dünyalarını dəyişiblər.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 21-də Bərdə rayonunda yaşayan Amil Quliyev ehtiyatsızlıqsan sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən Amil Quliyev noyabrın 22-də orada ölüb.