Modern.az

Mustafa Dənizli “Qalatasaray”a baş məşqçi gətirildi

Mustafa Dənizli “Qalatasaray”a baş məşqçi gətirildi

23 Noyabr 2015, 18:10


Mustafa Dənizli rəsmən “Qalatasaray” futbol klubunun baş məşqçisi təyin edilib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray”  bir neçə gün öncə istefaya göndərdiyi baş məşqçi Həmzə Həmzəoğlunun yerini uzun müddət boş saxlamaq istəməyib.

Bu səbəbdən də bu gün klub prezidenti Dursun Özbeklə görüşən tanınmış futbol mütəxəssisi Mustafa Dənizli  üçüncü dəfə  “Qalatasaray”a baş məşqçi gətirilib.  

Klub prezidenti ilə məşqçinin görüşü baş tutsa da, bağlanacaq müqavilənin şərtləri hələ ki müəyyən edilməyib. Bəzi məlumatlara görə, müqavilə müddəti 1,5 il olacaq.    

Elmin NURİ  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi