Bu axşam Çempionlar Liqasında qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək. Modern.az-ın verdiyi xəbərə görə, E qrupunda BATE (Borisov-Belarus) “Bayer” Leverkusenlə, “Barselona” “Roma” ilə qarşılacaq. 4 oyundan sonra bu qrupda “Barselona” 10 xalla liderdir. İkinci yerdəki “Roma”nın 5 xalı var. “Bayer” 4, BATE isə 3 xal toplayıb.
F qrupunun lideri “Bavariya” (9 xalı var) evdə eyni xala malik “Olimpiakos”u qəbul edəcək. Qrupda keçirdiyi 4 oyundan yalnız birində qələbə qazanan “Arsenal” isə eyni xal toplayan Zaqrebin “Dinamo” komandasın qəbul edəcək.
G qrupunda 10 xalla lider olan “Porto” öz meydanında 5 xalla üçüncü yerdə qərarlaşan Kiyevin “Dimano” klubu ilə görüşəcək. İkinci sıradakı (7 xalı var) Londonun “Çelsi” klubu səfərdə “Makkabi”nin (Təl-Əviv) qonağı olacaq.
Nəhayət, H qrupunda əvvəlki 4 oyunun hamısında qələbə qazanan Sankt-Peterburqun “Zenit” komandası “Valensiya”(6 xalla ikincidir) ilə qarşılaşacaq. Bu qrupda 1 xalla 4-cü sırada qərarlaşan “Lion” “Gent”i (4 xal) sınağa çəkəcək.
BATE – “Bayer” və “Zenit” – “Valensiya” qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək. Qalan oyunlar isə saat 23:45-də başlayacaq.
Modern.az