Modern.az

Hərbi ekspert təyyarənin vurulmasına görə Ərdoğanı ittiham etdi

Hərbi ekspert təyyarənin vurulmasına görə Ərdoğanı ittiham etdi

Təhsil

24 Noyabr 2015, 15:56


Türkiyə Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsinə mane olur, çünki İraq-Şam İslam Dövləti (İŞİD) yaraqlıları bu ölkənin ərazisindən Türkiyəyə neft nəqli edirlər. Rusiya təyyarələri isə benzin daşıyan karvanları məhv edir.

Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu fikri strateji konyuktura mərkəzinin direktoru, hərbi ekspert İvan Konovalov deyib. Onun sözlərinə görə, Suriya səmasında Rusiyanın bombardmançı Su-24 təyyarəsinin vurulması provakasiya kimi görünür.

“Buna başqa cür qiymətləndirmək olmaz, situasiya tam qalmaqallıdır və gərgindir. İŞİD-ə qarşı savaşmaq lazımdır. Əgər türklər təkərin altına ağac qoyursa, onda bu əlaqələrin sıfıra qədər soyumasına səbəb olacaq, bu isə ilk növbədə Türkiyəyə zərbə vuracaq”, - hərbi ekspert deyib.

O qeyd edib ki, Türkiyə hökuməti İŞİD-lə əməkdaşlıq edən bütün şirkətlərlə bağlı məlumatlı ola bilməz, ancaq o, neft daşıyan yaraqlılara sərhədi bağlamır.

Rusiya mediasında xatırladılır ki, Türkiyə hakimiyyətinin yuxarı dairələrinin İŞİD yaraqlıları ilə əməkdaşlığından ekspertlərin çoxu danışır. Onların sözlərinə görə, Türkiyə İŞİD arasındakı neft biznesində başlıca rolu prezident Rəcəb Tayyib Ərdoğanın oğlanlarından biri Bilal Ərdoğan oynayır. Ərdoğan ailəsi Rusiya təyyarələrinin benzin daşıyan maşınlara zərbə endirməsi ilə ucuz neftdən əldə etdiyi gəliri itirmək istəmir.

“Əvvəllər KİV-də Türkiyə liderinin oğlunun islamçıları səhra komandirləri ilə birgə fotosu peyda olub. İlkin məlumata görə, o, terrorçularla danışıqlarla məşğul olub”, - məlumatda qeyd edilir.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi