Modern.az

Ərdoğan nazirlərin təcili iclasını çağırdı

Ərdoğan nazirlərin təcili iclasını çağırdı

Təhsil

24 Noyabr 2015, 19:27


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin təhlükəsizliyinə dair bu axşam fövqəladə yığıncaq çağırıb. Modern.az saytı Türkiyə KİV-inə istinadən xəbər verir ki, toplantıda bölgədəki son hadisələr  qiymətləndiriləcək.

Verilən məlumata görə, Prezident iqamətgahında keçiriləcək yığıncağa baş nazir Əhməd Davutoğlu, Baş qərargah rəisi, general Hulusi Akar, bəzi nazirlər və Türkiyə xüsusi xidmət orqanının (MİT) rəhbəri Hakan Fidan qatılacaq.

Noyabrın 24-də Türkiyə-Suriya sərhədindəki Hatay bölgəsində Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsinin Türkiyə tərəfindən vurulması iki ölkə arasında münasibətləri gərginləşdirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi