Modern.az

Azərbaycan QDİƏT PA-nın sessiyasında təmsil olunacaq

  Azərbaycan QDİƏT PA-nın sessiyasında təmsil olunacaq

Təhsil

24 Noyabr 2015, 00:48

 

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sessiyasında təmsil olunacaq. Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən, qurumun sədr müavini, deputat Musa Quliyev noyabrın 25-də Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcək. Modern.az saytı Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, millət vəkili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 46-cı sessiyasında iştirak edəcək.  

Sessiyada “QDİƏT regionunda davamlı inkişafın məqsədlərinin həyata keçirilməsi: parlamentarilərin iştirakı”, “Korrupsiyaya qarşı mübarizənin hüquqi əsaslarının gücləndirilməsində parlamentlərin rolu”, “Mədəni irsin qeyri-qanuni istifadəsi ilə mübarizə” mövzularında məruzələr dinləniləcək.

Tədbirdə QDİƏT, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Qara Dəniz Beynəlxalq Tədqiqatlar Mərkəzinin fəaliyyəti barədə məlumat veriləcək. Toplantıda, həmçinin maliyyə və təşkilati məsələlərə baxılacaq.   Sessiya çərçivəsində, eyni zamanda QDİƏT PM Baş Assambleyasının Büro və Daimi komitəsinin iclasları keçiriləcək.  

Səfər noyabrın 28-də başa çatacaq.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi