Modern.az

Gənc rəssamın “Əsrlərin sədası” adlı sərgisi açılıb

 Gənc rəssamın “Əsrlərin sədası” adlı sərgisi açılıb

26 Noyabr 2015, 00:37

 

Azərbaycan Milli İncəsənət Muzeyində gənc rəssam Məryəm Ələkbərlinin “Əsrlərin sədası” sərgisi açılıb. Modern.az saytı xəbər verir ki, tədbirdə SESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqaları iştirak edib.  

Elçin Əfəndiyev Məryəm Ələkbərlinin yaradıcılığından, rəssam kimi istedadından söz açıb, onun əsərlərinin milli ruhundan danışıb. 

Xalq yazıçısı qeyd edib ki, rəssamın əsərlərində yer alan Qobustanın qayaüstü yazıları, Azərbaycanın muğam sənəti, İçərişəhərin tarixi abidələri mədəni irsin müasir simasını təcəssüm etdirir.  

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycana səfəri çərçivəsində rəsm sərgisində iştirak etməkdən məmnun olduğunu qeyd edib. Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi qurumun hər zaman istedadlı insanları, xüsusilə də gəncləri dəstəklədiyini vurğulayıb, sərgi münasibətilə Məryəm Ələkbərlini təbrik edib.  

Sərgidə M. Ələkbərlinin 50-dək rəsm əsəri təqdim olunub.  

Modern.az  

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi