UEFA-nın klubların maliyyə nəzarəti üzrə İstintaq Palatası İnstansiyası 6 klubun işini Arbitraj Palatasına verib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bunlar "Braqa" (Portuqaliya), "Tırqu-Mureş", "Astra", "Botoşani" (hər üçü Rumıniya) və "Dnepr"lə (Ukrayna) yanaşı, Azərbaycanın "İnter" komandasıdır.
Onlar 30 iyun - 30 sentyabr tarixləri aralığında vacib sahələrdə - digər klublara, öz əməkdaşları və sosial-vergi xidmətlərinə gecikdirilmiş ödənişlərlə bağlı tələbləri pozublar. Yekun qərar ilin sonunadək Arbitraj Palatasında qəbul olunmalıdır. Bu klublara Avrokuboklarda çıxışları qarşılığında mükafat ödənişləri müvəqqəti dayandırılıb.
Modern.az