Modern.az

Uşaq alverçiləri ifşa olundu

Uşaq alverçiləri ifşa olundu

26 Noyabr 2015, 09:45


Dünyada uşaq istəyib sahib ola bilməyən və doğulmadan körpəsindən imtina edən milyonlarla valideyn var. Bəzi valideynlər övladından qanuni şəkildə imtina edərkən, bəziləri də bunu qeyri-qanuni edir.

Türkiyədə Ailə və Sosial Siyasət Nazirliyi qanunsuz yollarla uşaq satışı ilə məşğul olan 14 internet saytının adını müəyyənləşdirib və onlardan 6-nın fəaliyyəti dayandırılıb.  

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəzi internet saytlarının uşaq övladlığa götürmək istəyən şəxslərlə, uşaqlarını övladlıq vermək istəyən ailələri tanış edərək pul qazandığı təsdiq olunub.

Nazirlik həmin internet saytları haqqında cinayət işi açılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Aparılan araşdırmalar zamanı qanunsuz yollarla uşaq satışı ilə məşğul olduğu təsdiqlənən internet saytlarının adları bilinərək onların internetə girişi məhdudlaşdırılıb.

İstifadəsinə məhdudiyyət qoyulmayan və uşaq satışına vasitəçilik edən internet saytlarının əksəriyyətində körpənin yaxında dünyaya gələcəyi, o cümlədən, uşağını övladlıq vermək istədiyini söyləyən anaların elanları yer alıb.

Nazirliyin mövcud məsələ ilə bağlı müraciətləri nəzərə alınaraq hüquq mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Vüsalə Qəzənfərqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi