Modern.az

“Biz necə seviniriksə, kimsəsizlər də elə sevinsin” - Məktəbdə YARMARKA

“Biz necə seviniriksə, kimsəsizlər də elə sevinsin” - Məktəbdə YARMARKA

Təhsil

26 Noyabr 2015, 16:44

Nizami rayonu 62 saylı məktəb-liseydə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında, məktəb icmaları layihəsi çərçivəsində satış yarmarkası təşkil olunub. Sərgi yarmarkasının keçirilməsində məqsəd  satışdan əldə olunan gəlirlərin uşaq evlərin üçün istifadə edilməsi olub. Sərgidə əsasən 2, 3, 4-cü sinif şagirdlərinin hazırlaqdıqları yeni il oyuncaqları, bəzək əşyaları, təbii dibçək gülləri, süni güllər, ev şəraitində hazırlanmış şirniyyatlar, kitablar, şəkillər, toxunma əl işləri və başqa əşyalar satışa çıxarılıb.

Satış yarmarkasında Modern.az-a açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektor müdiri Lamiyə Şərəfxanova bildirib: “Bugünkü sərgi Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkənin 54 məktəbində nəzərə tutulmuş məktəb icmaları layihəsi çərçivəsində həyata keçirilir. Məktəb icmaları layihələri çərçivəsində həyata keçirilən bu sərgilərdə əsas məqsəd uşaqların şəxsi inkişafına töhfə vermək, onların öz əl işlərinin sərgilənməsindən əldə olunacaq qazancın uşaq evlərinə verilməsi və həmçinin şagirdlərin dərsdənkənar asudə vaxtlarının daha səmərəli keçirilməsi xarakteri daşıyır. Ölkənin 54 məktəbində nəzərdə tutulan məktəb icmaları layihəsində Balı şəhərinin 30 məktəbi, digər regionlardan isə 20 məktəb ilkin olaraq nəzərdə tutulub. Qeyd edim ki, bu layihə həmçinin uşaqların sosial-psixloji inkişafını da dəstəkləyir. Mahiyyət etibarı il icma tədbirləri daha çox 3 istiqamətdə ”Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında davam edəcək” .

Nizami rayon 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı deyib ki, tədbir ilk dəfə olaraq buarada reallaşıb.
“Bu satış yarmarkasında əsas məqsəd həm də şagirdlərin marketinq-satış qabiliyyətlərini formalaşdırmaq, təhsiin maliyyələşdirilməsi idi. Uşaq yalnız dərs oxumamalıdır. Biz onların sosial-ictimai həyatına da töfhə verməliyik”.

62 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Aygün Şabanova deyib ki, belə sərgilərin təşkili birbaşa olaraq gələcək nəsillərin sosial-ictimai inkişafına yönəlib.
“Valideynlərin bu satış sərgisində bu qədər iştikar edəcəyini gözləmirdim. Amma görürük ki, insanlarda buna maqraq var”.

Məktəbin 8-ci sinif şagirdi Ayxan Quliyev, valideyn Gülnar Vəliyevə da satış yarmarkası ilə bağlı müsbət fikirlər bildiriblər.








Ağa  Akifoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?