Modern.az

Medvedev Türkiyə üçün sanksiyalar tapşırığı verdi

Medvedev Türkiyə üçün sanksiyalar tapşırığı verdi

26 Noyabr 2015, 16:48



Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyənin hava məkanının pozulması səbəbindən vurulan təyyarə ilə bağlı kompleks iqtisadi və humanitar tədbirlərin hazırlanması ilə bağlı tapşırıq verib. Modern.az xarici mediaya istinadən bildirir ki, Rusiya hərbi təyyarənin vurulmasına görə Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq etmək niyyətindədir.

“Mən iqtisadi tədbirlərdən danışıram. Biz dünən bu məsələni prezidentlə Yekatirinburqda müzakirə etmişik. Nəticədə hökumətə aqressiya aktına görə iqtisadi və humanitar təbirlər sisteminin hazırlanması ilə bağlı tapşırıq verilib”, - baş nazir deyib.

O, iki gün müddətində sənədin hazırlanmasını da təklif edib.

M odern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi