Modern.az

Nazir iki işçini vəzifəsindən azad edərək iclas zalından çıxarıb

 Nazir iki işçini vəzifəsindən azad edərək iclas zalından çıxarıb

26 Noyabr 2015, 21:02

 

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində islahat tədbirlərinin praktiki tətbiqi məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Modern.az saytı xəbər verir ki, müşavirədə nazir Səlim Müslümov müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifəsindən azad edib.  

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bunlar 23 saylı Mingəçevir-Yevlax TSEK-nin sədri Yaşar Allahverdiyev və 12 saylı Sumqayıt TSEK-nin sədri Eldar Abbasovdur. Hər iki şəxs vəzifələrindən elə müşavirədəcə azad edərək nazir tərəfindən iclas zalından çıxarılıb.

Bundan əlavə iki rayonun Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru da tutduqları vəzifədən azad olunublar.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi