Azərbaycan Jurnalistlər Şəbəkəsi İB və Gənclər üçün Təhsil Mərkəzi İB Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə “MediaMən” jurnalistika məktəbi layihəsinin növbəti sessiyasına start verib.
"MediaMən" layihəsi jurnalist olmaq istəyən 20 gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistkaya dair bilik və bacarıqlar aşılayacaq. İki ay davam edəcək layihə boyunca iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarına təşkil olunan turlara qatılmaq imkanı əldə edəcəklər. Bundan başqa multimedianı tam dəstəkləyən www.mediaman.az saytı iştirakçıların tam ixtiyarında olacaq. Sayt vasitəsi ilə gənclər öyrəndikləri yeni bilik və bacarıqları praktikada tətbiq etmək imkanı qazanacaqlar. Layihədə əsasən foto, radio, qəzetçilik, televiziya və onlayn jurnalistikaya dair təlimlər təşkil olunacaq. "MediaMən" layihəsində aktiv olan iştirakçılar təlimlərin yekununda sertifikatlarla təltif olunacaqlar. Layihə barədə daha ətraflı məlumatları aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz: www.mediaman.az