Modern.az

Sabunçunun deputatı: “Nardaranda sakitlikdir, qəsəbə polis nəzarətindədir”

Sabunçunun deputatı: “Nardaranda sakitlikdir, qəsəbə polis nəzarətindədir”

27 Noyabr 2015, 10:45

Nardaranda sakitlikdir. Nardaran qəsəbəsinin də daxil olduğu Sabunçu rayonundan deputat seçilən Eldar Quliyev Modern.az-a bildirib ki, burada sakitlik hökm sürür və ərazi polis tərəfindən nəzarətdədir.

O qeyd edib ki, dünən Taleh Bağırzadənin tərərfdarları gecə saat 11-ə qədər bir yerdə idilər:

“Tonqal qalayıb, hadisələri öz aralarında müzkairə edirdilər. Aralarında kənd sakinləri yox idi. Hazırda ərazidə sakitlikdir, qarşıdurma yoxdur. Dünəndən Nardaranın bir neçə çıxış yolunda polislər dayanıb və gəlib-gedənləri yoxlayırdılar. Bu gün də nəzarət davam edir. Yəqin bu gün və sabaha sabitlik olar”.

Dünən Nardaranda dindarlarla polis arasında baş verən qarşıdırmada 2 polis əməkdaşı və 4 nəfər dindar ölüb. “Müsəlman birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadə və onun tərəfdaşları saxlanılıb.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi