Modern.az

“Ermənilər Qarabağda tariximizi məhv edir, dünya isə buna göz yumur” - FOTO

“Ermənilər Qarabağda tariximizi məhv edir, dünya isə buna göz yumur” - FOTO

27 Noyabr 2015, 10:50


Kahramanmaraşda keçirilən 2-ci Beynəlxalq Kitab Fuarında bələdiyyə başqanının dəvəti ilə iştirak edən millət vəkili Qənirə Paşayeva  Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı konfrans verib.

Modern.az xəbər verir ki, ziyalıların, yerli sakinlərin, KİV təmsilçilərinin iştirak etdiyi konfransda millət vəkili geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb. O, Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir  və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda  olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib: “Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl  Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, – deyib. 

Deputat qeyd edib ki, Qarabağın qədim  tarixi var. Qarabağ əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiklərindən biri olub. Mədəniyyətimizə  əvəzsiz  töhfələr verən dahi şəxsiyyətlər orada yetişib.

“Hər bir Türk insanı Qarabağı   hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz  Qarabağı sevməliyik, xatırlamalıyıq ki, o  işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və   tarixi abidələrimizi  məhv edirlər və dünya buna göz yumur”.

Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki,  Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədtdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir.

O səbəbdən bunu özümüz etməliyik”.  Q.Paşayeva çıxışında  Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib.

O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər  bir  Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı  tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. 

Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk  gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.”

Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. 


Millət vəkili Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir.  Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.

“Azərbaycanın  güclənməsi  Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın  güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva  hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib.

Tədbirin sonunda bələdiyyə başqan və yetkililərininə, gənclərə, tədbir iştirakşılarına millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib və gəncləri, ziyalıları  və KİV təmsilçilərini maraqlandıran  sualları geniş cavablandırıb və fikir mübadiləsi aparılmışdır. 

Tədbirin sonunda Kahramanmaraş  bələdiyyəsi rəsmiləri millət vəkili dəvəti qəbul etdiyi və konfrans üçün təşəkkürünü bildiriblər. Fuar çərçivəsində yazarlar İmdat Avşar, Təranə Vahiddə çıxış edərək Qarabağ münaqişəsi ilə bağlı fikir və düşüncələrini bölüşüblər.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi