Abid TAHİRLİ
Qəhrəman, yenilməz və əziz türk şahinlərinin qana susamış rus bombardımançı təyyarəsini vurduqdan sonra Rusiyanın KİV-i növbəti antitürk, antibəşəri təbliğata başladı. Hay- küylü, gurultu ilə davam edən bu kompaniya rus siyasətinin , rus şovinistl ərinin əsl simasını bir daha göstərməklə yanaşı, bir sıra tarixi həqiqətlərə də işıq salmaqdadır. Bu günlərdə Rusiya Dumasının üzvü, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskiy Birinci kanalda "Pyotr Tolstoyla siyasət" verilişinin efirində bəyan edib ki, Rusiyanın regionda yeganə müttəfiqi Ermənistandır. O qeyd edib ki, ermənilərə silah verilsə, onlar İstanbula qədər gedib çıxar.
Jirinovski adı çəkilən verilişdə demişdir: "Burada belə bir fikir səsləndi ki, Rusiyanın sadiq müttəfiqləri İran, Suriya, İordaniyadır. Bunlar yanlışdır. Ölkəmizin regionda bizim istədiyimizi yerinə yetirən yeganə müttəfiqi Ermənistandır. Bax, onlar hər şey edərlər".
Zaldan etiraz edənlərə isə Jirinovskiy belə cavab verib: "Kim edə bilməz. Ermənilərə silah verin və onlar Türkiyə sərhədinə gedəcəklər... silahı ermənilərə vermək lazımdır. Amerika İsrailin arxasında olduğu kimi, biz də ermənilərin arxasındayıq”.
Əslində Jirinovskinin dedikləri ermənilərin və onların himayədarlarının erməni soyqırımı barədə , zavallı, yazıq, döyülən, söyülən erməni haqqında illər boyu üfürdükləri yalanın inkarı, erməni vəhşiliyinin təsdiqidir.
Tarixi hadisələrə istinad edən Jirinovskinin dedikləri bir daha bu qənaətə gəlməyə əsas verir ki;
-ermənilərə qarşı heç bir genosid törədilməmişdir, əksinə ermənilər özləri öldürmüşlər, hətta onların qarşısını Lenin almasaydı, qıra- qıra İstanbula qədər gedib çıxacaqlarmış;
erməniyə silah ver, öldürsün, qətl etsin, baş kəssin;
ermənini silahlandır, qonşuların torpağını işğal etsin;
erməniyə silah ver, talasın, çapsın, dağıtsın, oğurlasın;
ermənini qısqırt, kimə istəsən hürsün;
Rusiya dünən olduğu kimi, bu gün də erməninin arxasındadır , onu silahlandırır, dəstəkləyir.
Hər çıxışında Türkiyə tarixini dərindən bildiyini bəyan edən Jirinovskinin dedikləri həqiqətdirsə, o zaman qondarma erməni soyqırımı mifini uyduranların mənfur və məkrli niyyətləri aşikardır...