Modern.az

3 saylı xəstəxananı polislər qoruyur - AÇIQLAMA

3 saylı xəstəxananı polislər qoruyur - AÇIQLAMA

27 Noyabr 2015, 11:52

3 saylı Şəhər Klinik Xəstəxanasına giriş üçün heç bir məhdudiyyət qoyulmayıb. Xəstəxananın baş həkimi Fikrət Zeynalov Modern.az-a bildirib ki, xəstə yaxınlarını saat 17:00-dan-19:00-dək girişinə icazə verilir.

O, xəstəxananı polis əməkdaşlarının qoruduğunu bildirib: “Dünənki hadisələrlə əlaqədar xəstəxana polislər tərəfindən qorunur. Təbii ki, bu da belə olmalıdır. Burada çoxlu insan var, kimsə təxribat törədə bilər. Ona görə xəstəxananın qorunması vacibdir. Təcili tibbi yardım maşınları normal işləyir, xəstə olanda gətirir. Xəstə yaxınlarının ziyarətinə isə məhdudiyyət yoxdur. Onlar saat17:00-dan-19:00-dək gəlib öz yaxınları ilə görüşə bilərlər”.

Aytən ZƏHRA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi