Modern.az

Türkiyənin xarici işlər naziri Nardarandakı hadisəni pisləyib

Türkiyənin xarici işlər naziri Nardarandakı hadisəni pisləyib

27 Noyabr 2015, 12:49

 

“Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq, əlaqələr çox yüksək səviyyədədir. Biz gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunu işə salacağıq. Biz təkcə enerji, dəmir yolu məsələlərində deyil, bütün sahələrdə əməkdaşlığı gücləndirəcəyik”.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib. O qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsində daima Azərbaycanın yanındadır: “Biz daimi olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edirik. Biz onları aktiv olmağa çağırırıq”. 

Mövlud Çavuşoğlu noyabrın 26-da Nardaran qəsəbəsində baş verən silahlı insidentə də münasibət bildirib: “Biz terror nəticəsində şəhid olan iki polisə Allahdan rəhmət diləyirik. Türkiyə özü də terrorla mübarizə aparır”. 

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi