Modern.az

Moskvada xüsusi əməliyyat: Çoxlu silah-sursat müsadirə olundu

Moskvada xüsusi əməliyyat: Çoxlu silah-sursat müsadirə olundu

27 Noyabr 2015, 14:17



Rusiyanın paytaxtı Moskvada qanunsuz yollarla bomba və silah hazırlayan mütəşəkkil cinayətkar qrupa qarşı xüsusi əməliyyat keçirilib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mənzillərdən birində baş tutan axtarış zamanı 1 aviasiya bombası, 15 fuqas, 8 kiloqram trotil partlayıcısı, 4 kiloqram barıt, bir neçə mina atan və piyada əleyhinə mərmi, 10 min güllə, 30 qumbara və s. aşkar edilib.

Rusiyanın Daxili İşlər Nazirliyi faktla bağlı 3 cinayət işinin açıldığını və daha 4-nün açılacağını elan edib.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi