Modern.az

Müəllimlər İnstitutunda sənədləşmə işləri dayandırıldı

Müəllimlər İnstitutunda sənədləşmə işləri dayandırıldı

27 Noyabr 2015, 14:55


Ölkə başçısının sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirildi. Modern.az saytının əməkdaşı Azərbaycan Müəllimlər İnstitutundakı mövcud  vəziyyəti öyrənmək  üçün bu gün bu ali təhsil ocağına baş çəkib.

Müəllimər İnstitutunun mətbuat xidmətinin rəhbəri Nürəddin İbrahimov əməkdaşımızla söhbətdə bunları deyib:
“Sərəncam dünən saat 18:00 radələrində imzalanıb. Hələ ki Nazirlər Kabinetinin qərarını gözləyirik. Sərəncamda qeyd edildiyi kimi, Nazirlər Kabineti tərəfindən sənədləşmə başa çatdıqdan sonra qoşulma ilə bağlı tədbirlər həyata keçiriləcək. Yəni hələ ki institutda dərslər öz axarı ilə davam edir, tədris prosesində dəyişiklik yoxdur”.

İ.Nürəddin onu da vurğuladı ki, sərəncamdan sonra Azərbaycan Müəllimlər İnstitutunda planlaşdırılan bəzi tədbirlər təxirə salınıb, sənədləşdirmə işləri dayandırılıb:

“İndi növbəti atılan adımları gözləyirik”.

Mətbuat xidmətinin rəhbəri bildirdi ki, sosial şəbəkələr vasitəsi ilə, tələbələri bu haqda məlumatlandırıblar. “Bu gün səhər saatların da tələbə gənclər təşkilatı ilə söhbət aparmışıq ki, tələbələr narahat olmasınlar, onlar təhsilini davam etdirəcəklər, sadəcə diplomlarına Azərbaycan Müəllimlər İnstitutu deyil, Azərbaycan Dövlət Pedaqoji Universiteti yazılacaq”.

Tələbə  Elvin Vəliyev bildirdi ki,  Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması burada təhsil alanlar üçün gözlənilməz olub.

Emil Rasim

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi