Modern.az

Həftəsonu müəllimlər imtahan olunacaq

Həftəsonu müəllimlər imtahan olunacaq

27 Noyabr 2015, 15:31

Modern.az xəbər verir ki, Təhsil Nazirliyi noyabrın 28 və 29-da Xaçmaz rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini aparacaq. Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumitəhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edir.

Nazirlikdən bildirilib ki, imtahanda 2300-dən çox müəllimin iştirakı nəzərdə tutulur. İmtihan Xaçmaz Olimpiya Bina Kompleksində keçiriləcək. İki gün davam edəcək imtahan saat 08:00-dan başlayıb axşam 17:00-ə qədər davam edəcək. Müəllimlər 40-ı ixtisas, 20-i metodik suallar olmaqla 60 sualı cavablandıracaqlar.

Qeyd edək ki, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdi ki, bu ilin sonuna qədər dianqostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları 2016-ci ilin yanvarın 1-dən artırılacaq.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi