Modern.az

Ruslar Ərdoğanın müqəvvasını yandırdılar - FOTO

Ruslar Ərdoğanın müqəvvasını yandırdılar - FOTO

27 Noyabr 2015, 17:25


Bu gün Rusiyanın ilhaq etdiyi Krım respublikasında Türkiyə əleyhinə aksiya keçirilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki. Simferopol şəhərinin mərkəzinə toplanan etirazçılar “Arxadan vurulan zərbə” və “Rusiya aviasiyasına eşq olsun” şüarları ilə Türkiyəyə etiraz ediblər.

Aksiyanın sonunda isə Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanın müqəvvası yandırılıb.

Aksiya yerli hakimiyyət orqanlarının razılığı əsasında baş tutub.

Bundan əvvəl, Krımın baş naziri Sergey Aksenov Türkiyə ilə bütün iş razılaşmalarını rədd etdiklərini bildirib.

Vüqar İsmayılov

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi