Bu gün Premyer Liqanın 14-cü turu çərçivəsində "Neftçi" "Qarabağ"ı qəbul edib. Modern.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən "Neftçi" - "Qarabağ" oyununun ikinci hissəsində stadionun projektorları sönüb. Bu səbəbdən oyunda 7-8 dəqiqəlik fasilə yaranıb.
Azarkeşlər oyunun ilk hissəsində qol görməyiblər. 65-ci dəqiqədə isə paytaxt təmsilçisi hesabı açıb – Rəhman Hacıyev fərqlənib. Oyunda başqa qol qeydə alınmayıb – 1:0. Beləliklə, “Neftçi” 19 xalla 6-cı sıradadır, “Qarabağ” isə 32 xalla liderdir.
Modern.az