Modern.az

Nardaran hadisələrinə heç bir aidiyyətimiz yoxdur - Səfir

  Nardaran hadisələrinə heç bir aidiyyətimiz yoxdur  - Səfir

29 Noyabr 2015, 21:31

 

"Aparıcı regional oyunçulardan olan İran Azərbaycandan ötrü yaxın qonşu və vacib tərəfdaşdır. Bunu İranın dövlət rəsmiləri dəfələrlə bəyan ediblər". Modern.az saytı xəbər verir ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də virtualaz.org saytına müsahibəsində də bunu bir daha vurğulayıb.

Səfir Nardaran hadisələrində İranın təsiri ilə bağlı iddiaları da cavablandırıb: “İran indiyədək Azərbaycana qarşı çıxan heç bir təşkilatı dəstəkləməyib. Ölkələrimiz arasında gözəl qardaşlıq münasibətləri var. Ona görə də bizim guya kimisə dəstəkləməyimiz barədə deyilənlər yalan və uydurmadır. Bizim Nardaran hadisələrinə də heç bir aidiyyətimiz, heç bir bağlılığımız yoxdur. Bakıda İran Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Rəhbəri də azərbaycanlı İbrahim İbrahimidir. Biz bütün mədəni-humanitar proqramlarımızı yalnız bu təşkilat vasitəsilə həyata keçiririk”.

Modern.az

   
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi