Modern.az

Beynəlxalq Türk Akademiyası İSESCO-da müşahidəçi statusunu alıb

Beynəlxalq Türk Akademiyası İSESCO-da müşahidəçi statusunu alıb

29 Noyabr 2015, 21:38

Bu günlərdə Azərbaycanın paytaxtında keçirilən İSESCO-nun XII iclasında Beynəlxalq Türk Akademiyasının prezidentı Darxan Xıdıroğlu da iştirak edib.
Darxan Xıdıroğlu bildirib ki, Bakıda keçirilən İSESCO tədbirlərində iştirakına görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və  Mehriban Əliyevaya minnətdardır.  Belə möhtəşəm bir tədbirə qatılan Akademiya rəhbəri qeyd edib ki, həmin günlərdə Beynəlxalq Türk Akademiyası da artıq İSESCO-da müşahidəçi statusunu aldı.

“Elm, təhsil və mədəniyyət məsələlərinə yüksək diqqət ayıran, 52 iştirakçı dövləti özündə birləşdirən bir qurumun layihələrindən bəhrələnmək, tədbirlərində iştirak etmək, ilk müşahidəçi statusunu almaq Beynəlxalq Türk Akademiyası üçün şərəf məsələsidir. Biz də təşkilat olaraq, çalışacağıq ki, türk dünyasının öz imkanlarından istifadə edərək, bu təşkilata öz  tövhələrimizi verək”. Darxan Xıdıroğlu onu da bildirib ki,  bu il dekbrın 3-də Beynəlxalq Türk Akademiyası TürkPA-nın iştirakı ilə “Böyük səhralarda dövlətçilik və parlamentarizm” adlı konfrans keçirəcək.

ədbir Astana şəhərində, 2-4 dekabr tarixlərində Türkdilli Parlamentlərin Assambleyasının VI plenar iclasları çərçivəsində baş tutacaq. Toplantı iclaslarında  TürkPA-nın tərkibində olan iştirakçı dövlətlərin parlamentlərinin spikerləri, Özbəkistan, Türkmənistan, Monqolustan, Macarıstan dövlətlərini təmsil edən səfirlər, eləcə də  beynəlxalq təşkilatların alimləri, ziyalıları və mədəniyyət xadimlərinin iştirakı gözlənilir. Beynəlxalq Türk Akademiyasının  konfransında Türk dünyasının qədimliyini və hakimiyyətini təsdiq edən maraqlı bir abidənin təqdimatı olacaq.



Modern.az
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi