Ağdaşda yol qəzası nəticəsində bir nəfər ölüb. Modern.az saytı xəbər verir ki, hadisə Ağdaş rayonun Türyançay kəndində qeydə alınıb. Ağdaş rayonunun Türyançay kəndində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb. Nəticədə maşında olan 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızı hadisə yerində ölüb.
Onun meyitini avtomobildən Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Modern.az