Neftçala rayonunda xüsusi əməliyyat keçirilərək iki nəfər saxlanılıb. Modern.az xəbər verir ki, saxlanılanlar Nardaran hadisələri ilə bağlılıqda şübhəli bilir.
Musavat.com-a daxil olan məlumata görə, MTN və DİN-nin birgə keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılanlar Neftçala rayon sakinləri olan Nazim Mirzəyev və Mehdi Nağıyevdir.
Hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkarlanıb. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər.
Modern.az