2015-ci ilin sentyabr ayında sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt sərnişin stansiyasının binası yararsız halda olduğu üçün sökülüb, yerində yeni inzibati binanın tikintisinə başlanıb.
Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.Onun sözlərinə görə, artıq binanın özülü tökülüb:
“Yeni inzibati bina ikimərtəbəli, müasir üslubda olacaq. Burada çalışan dəmiryolçular üçün hər cür şərait yaradılacaq. Əvvəlcə hərəkətin ahəngdarlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə işarəvermə və rabitə avadanlıqları binası tikilib.
Hazırda bu otaqlarda tamamlama işləri aparılır”.
Gülşən RAUFQIZI