Rusiyanın Kamçatka vilayətində 11 il əvvəl hərbi hissədən qaçan əsgər yaxalanıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2003-cü ildə Taqanroqdan hərbi xidmətə çağırılan əsgər Kamçatka yarımadasında 1 il xidmət etdikdən sonra hərbi hissəni tərk edib.Yaxınları həlak olan hərbçilər arasında onu tanıdıqları üçün fərari hərbçinin axtarışları dayandırılmışdı.
Uzun illər sonra yaxalanan şəxs 11 il ərzində meşələrdə gizləndiyini, təsadüfi işlərdə qazandığı pulla dolandığını və qohumları ilə əlaqə qurmadığını etiraf edib. Hazırda onun barəsində Rusiya Hərbi Prokurorluğu araşdırma aparır.
Vüqar İsmayılov