Modern.az

Borca görə özünü yandıran kişinin vəziyyəti ağırdır - AÇIQLAMA

Borca görə özünü yandıran kişinin vəziyyəti ağırdır - AÇIQLAMA

Təhsil

30 Noyabr 2015, 13:50


Kredit borcuna görə özünü yandıran Malik Hüseynovun vəziyyəti ağır, stabil olaraq alır.

Bu haqda Modern.az saytına məlumat verən Respublika Yanıq Mərkəzinin müdiri Şöhrət Məmmədov xəstənin həyati təhlükəsinin hələ də qaldığını bildirib:

“Hazırda palatada sarğılarını dəyişirik. Vəziyyəti ağır olaraq qalır. Buna baxmayaraq anlaqlıdır”. Həkim deyib ki, həyati təhlükəsi ortadan qalxdıqdan sonra Malik Hüseynov bir çox əməliyyatlardan keçməlidir.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan Malik Hüseynov özünü bu gün metronun “Azadlıq” stansiyasının yaxınlığında yandıraraq intihara cəhd edib. Onun “Muğanbank”a avtomobil krediti borcu olduğu bildirilir.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi