Modern.az

Azərbaycanda sürücü avtobusu dayanacaqda saxlamadığına görə döyüldü

Azərbaycanda sürücü  avtobusu dayanacaqda saxlamadığına görə döyüldü

Təhsil

30 Noyabr 2015, 15:40


“Baku Bus” sürücüsü döyüldü.Modern.az xəbər verir ki, bu barədə məlumat verən “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nurida Allahyarova məlumat verib. O qeyd edib ki, sərnişin sürücdən dayanacaqdan kənar saxlamadığı üçün hücum edib.

“İçəri şəhər metro stansiyasına çatmamış Şeyx Şamil küçəsində dayanacaqda “Baku Bus”-a məxsus avtobusumuz dayanır. Ardından bir qədər hərəkət etdikdən sonra işıqforda yaşıl işığın yanmağını bir neçə saniyəlik gözləməli olur və bu zaman bir xanım sərnişin qapıları açmağı xahiş edir. Sürücü dayanacaqdan kənar saxlamayacağını bildirir. Arxadan başqa bir sərnişin məsələyə müdaxilə edərək sürücüyə kobud ifadələr işlədərək, açmağını tələb edir. Sürücü bunun mümkün olmayacağını deyincə sərnişin sürücüyə yaxınlaşır. Növbə dəyişmək üçün sürücünün yanında olan Oqtay Novruzov adlı digər sürücü sərnişinlə sükan arxasında olan sürücünün mübahisəsinin qəzaya yol aça biləcəyindən ehtiyat edərək mübahisəyə müdaxilə edir və sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışır. Bu zaman sərnişin Oqtayı döyməyə başlayır. Hadisəni avtobusda mülki geyimdə olan polis nəfəri görərək sərnişinə müdaxilə edir”.  

Qurumun sözçüsü nəticədə 5 uşaq atası Oqtay Novruzov 1 saylı şəhər kliniki xəstəxanasında əməliyyat edilir.

“Onunla bu gün görüşdük. Sərnişin haqqında bir kəlmə artıq söz işlətmədi. Dediyi tək söz: "mən müdaxilə etməsəydim sürücü qəza edəcəkdi, mənim canım heç, o qədər qadın, uşaq var idi avtobusda. Cavab qaytarmadım ki, bəlkə sakitləşər. Olmadı. Şükür Allaha qəzasız ötüşdük. Əsas odur insanlara heç nə olmadı”.

Təxminən bir neçə həftə əvvəl Oqtayla bağlı bir kamera görüntüsü izləmişdik. Pandusu açmaqla qalmamış, həm də özü avtobusdan düşərək yaşlı bir xanıma fiziki məhdudiyyətli övladı ilə bağlı kömək etmişdi. Bu gün döyülüb. Niyə? Çünki hansısa cavan oğlan qayda pozmağını tələb edib, bununla qalmayıb təhqir edib. Və bu zaman sürücüyə mülki geyimli Azərbaycan polisi dəstək olub. O polislərin qarşısında baş əyir və bütün sərnişinlərimizdən xahiş edirik:

"Bu şəhərin bütün infrastrukturu yenilənir. Siz xidmət istədiniz-biz onun ən keyfiyyətlisini təqdim edirik. Siz qayda istədiniz-biz o qaydaları tətbiq edirik. Siz mədəni və humanist sürücü istədiniz-biz o sürücülərlə hər həftə təlim keçirik. Siz nə istədinizsə biz etdik. Bizim istəyimiz sadəcə qaydalara riayət etməyi tələb edərkən öz öhdəliyinizi də unutmamağınızdır. Bir sürücünün ailəsi və övladları bu gün onsuz gecələyəcək. Hər şey ola bilərdi. Ən pisini düşünək. O 5 uşağın və gözü yaşlı qadının gözünün içinə həmin sərnişin baxa biləcəkdimi? Bizim üçün tək vacib olan sərnişin məmnunluğu və təhlükəsizliyidir. Ancaq sürücü də bu ölkənin vətəndaşıdır və əməkdaşımız olaraq onun haqlarını müdafiə etmək borcumuzdr”.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi