Sumqayıt şəhərində 4 məktəb direktorunun işdən azad olunması ilə bağlı məlumatlar yayılıb. Məlumatda qeyd edilir ki, 11 saylı orta məktəbin direktoru Ofelya Babayeva, 27 saylı orta məktəbin direktoru Əlifxan Məmmədov, 40 saylı məktəbin direktoru Ofelya Quliyeva və "Təfəkkür” liseyinin direktoru Bəsirə Ağayeva postları ilə vidalaşmalı olublar.
Onların yaş həddi ilə əalqədar işdən çıxdıqları bildirilir.
Lakin Təhsil Nazirliyi faktı təsdiq etməyib.
Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin məktəb direktorları vəzifələrini icra edirlər: “Məktəb direktorlarının işdən azad olunması ilə bağlı Təhsil Nazirliyinə heç bir məlumat daxil olmayıb. Hazırda həmin məktəb direktorları vəzifələrini icra edirlər”.
Aytən ZƏHRA