Modern.az

SSRİ-nin ən məşhur casuslarından biri öldü

SSRİ-nin ən məşhur casuslarından biri öldü

Təhsil

1 Dekabr 2015, 11:28


İsrail xüsusi xidmət orqanlarının ifşa etdiyi SSRİ_nin ən məşhur casusu Markus Klinberq Parisdə 97 yaşında vəfat edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, adı 1983-cü ildən bu günə qədər gizli saxlanılan ikili agentin ifşa etdiyi Klinberq İsrail həbsxanalarında 20 il keçirib.

O, ifadələri zamanı Sovet hökumətinə pula görə deyil, yəhudiləri İkinci Dünya Müharibəsi zamanı faşist zülmündən xilas etdiyi üçün könüllü yardım göstərdiyini deyib.

Klinberq həbsinə qədər Nes-Tsion şəhərində bioloji araşdırmalarla məşğul olan məxfi institutun direktor müavini kimi çalışıb.

Varşavada anadan olan Markus Klinberq Almaniyanın Polşaya hücumundan sonra Sovet İttifaqına keçmiş, müharibə başa çatdıqdan sonra isə İsrailə köçmüşdü.

Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?