Portuqaliyanın Odivellas şəhərində keçirilən 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatında paralimpiyaçı cüdoçularımız möhtəşəm qələbə qazanıblar.
Modern.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən İlham Zəkiyev altıqat Avropa çempionu olmaqla yanaşı, komandamız 3 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 8 medal qazanıb. Bunlardan 100 kq çəki dərəcəsində ilham Zəkiyev qızıl, 73 kq çəki dərəcəsində Ramil Qasımov qızıl, 66 kq çəki dərəcəsində Bayram Mustafayev qızıl, 57 kq çəki dərəcəsində Səbinə Abdullayeva gümüş, 81 kq çəki dərəcəsində Rövşən Səfərov gümüş, 60 kq çəki dərəcəsində Ramin İbrahimov gümüş, 63 kq çəki dərəcəsində Afaq Sultanova və 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı bürünc medala sahib olublar.
Komanda yarışlarında isə millimiz final görüşündə Rusiya komandasına 3-2 hesabı ilə qalib gələrək 4-cü dəfə Avropanın ən güclü komandası adına layiq görülüb.
Yarışın nəticələrinə görə para-cüdoçularımız 5 lisenziya qazanaraq ümumi lisenziya sayını 7-yə yüksəldiblər.
Emil Rasim