Modern.az

Milli Məclisin deputatlarına vəsiqələri verildi

Milli Məclisin deputatlarına vəsiqələri verildi

Təhsil

1 Dekabr 2015, 12:06


V çağırış Milli Məclisin ilk plenar iclası öz işinə başlayıb.

Modern.az xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov bildirib ki, demokratik seçkilərlə ölkəmizin V çağırış Milli Məclisi formalaşıb.  

Oqtay Əsədov seçkilərin şəffaf keçirilməsinə görə Mərkəzi Seçki Komissiyasına (MSK) təşəkkür edib.  

Milli Məclisin deputatlarına vəsiqələri verilməsi üçün MSK-nın sədri Məzahir Pənahova söz verib.

Məzahir Pənahov çıxış edib və noyabrın 1-də keçirilən seçkilərdə qələbə qazanmaları münasibəti ilə deputatları təbrik edib. Daha sonra deputatlara vəsiqələr verilməsi üçün onlar bir-bir kürsüyə dəvət olublar.  

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi