Modern.az

Milli Məclisin komitə sədrlərinin müavinləri seçildi - SİYAHI

Milli Məclisin komitə sədrlərinin müavinləri seçildi - SİYAHI

Təhsil

1 Dekabr 2015, 12:16
 

Milli Məclisin  bu gün keçirilən iclasında parlamentin komitə sədrlərinin müavinləri bəlli olub.  

Modern.az xəbər verir ki, 15 komitənin sədr müavinləri seçilib.  

Belə ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev olub.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə, Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev seçilib.

Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva olub

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Xanlar Fətiyev, Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev seçilib.  

Aytən Zəhra


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi