Modern.az

Toponomiya Komissiyasının tərkibi bəlli oldu

Toponomiya Komissiyasının tərkibi bəlli oldu

Təhsil

1 Dekabr 2015, 12:52


Milli Məclisin iclası davam edir.

Modern.az xəbər verir ki, iclasda Milli Məclis yanında Toponomiya Komissiyasının tərkibi bəlli olub.   Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev, AMEA-nın Coğrafiya İnstitutunun dirketoru, akademik Ramiz Məmmədov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, filiologiya elmləri doktoru, professor Qara Məşədiyev, AMEA-nın vitse-ptrezidenti, Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, deputalardan isə Nizami Cəfərov, İsa Həbibbəyli, Fəzail İbrahimli, Musa Qasımlı, Yaqub Mahmudov komissiya üzvü seçiliblər.  

Komissiyanın işinin təşkili Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılıb.  

Aytən Zəhra  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi