Fransanın baş naziri Manuel Vals Madridin “Real” klubunun hücumçusu Kərim Benzemanın milli komandadakı tərəfdaşı Matye Valbueni şantaj etməsi ilə bağlı yaranan qalmaqalı şərh edib.
Modern.az xarici mediaya istinadən bildirir ki, nazirin sözlərinə görə, tanınmış idmançı örnək olmalıdır: “Bu, Kərim Benzemaya da aiddir. Onun davranışları nümunəvi olmalıdır. Əks halda ona Fransa milli komandasında yer yoxdur”.
Noyabrın əvvəllində Benzemaya Valbuenə qarşı şantajın iştirakçısı kimi ittiham irəli sürülüb. İstintaqın versiyasına görə, o, da 3 nəfərlə “Lion”un oyunçusu Valbueni intim xarakterli video yazı ilə hədə-qorxu gələrək pul tələb edib. Əgər bu iddia təsdiqlənərsə, günahkarlar 5 il azadlıqdan məhrum edilə bilərlər.
Modern.az