Modern.az

“Sputnik” in azərbaycanlı jurnalistləri: “İşdən özümüz çıxdıq”

“Sputnik” in azərbaycanlı jurnalistləri: “İşdən özümüz çıxdıq”

Təhsil

1 Dekabr 2015, 15:05


“Sputnik” xəbər agentliyinin redaktoru Leyli Məmmədova işçilərin əmək müqaviləsinin dayandırılması ilə bağlı Modern.az saytına açıqlama verib. O qeyd edib ki, əməkdaşları işdən çıxarmayıblar, özləri redaksiyadan getməyə qərar veriblər:

“Biz özümüz baş redaktor Gülnarə Məmmədova da daxil ümmumilikdə 7 nəfər ərizə yazaraq işdən ayrılmışıq. Çünki, “Sputnik”in Azərbaycan nümayəndəliyinin hazırkı rəhbəri ilə çalışmaq istəmirik”.

Sputnik”in redaksiyasından daxil olan digər məlumata görə, jurnalistlərin işdən ayrılmasına səbəb “Sputnik”in Azərbaycan nümayəndəliyində çalışan Əziz Əliyev adlı şəxsdir. Qeyd edilir ki, Ə.Əliyev Azərbaycanın maraqlarından çıxış etmək istəmir və işçiləri də buna vadar edirmiş. Elə bu səbəbdən də işdən ayrılmağa qərar veriblər.

“Sputnik” xəbər agentliyi Bakıda fəaliyyətə 2014-cü il noyabrın 14-də başlayıb. 
“Sputnik.az” Azərbaycan və rus dillərində yayımlanır.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi