Modern.az

Türkiyədə 10 ildə 29 min adam intihar edib

Türkiyədə 10 ildə 29 min adam intihar edib

Təhsil

1 Dekabr 2015, 15:10

 

Türkiyə Psixiatriya Dərnəyinin (TPD) ümumi katibi doktor Mehmet Yumru bu ölkədə son 10 ildə təxminən 29 min adamın intihar nəticəsində  həyatını itirdiyini söyləyib.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bunların 73 faizi kişilər olub.  

Məlumatda qeyd edilir ki, Türkiyədə intihar həddi digər Avropa ölkələrinə və ABŞ-a görə daha aşağı olmaqla birlikdə son 10 il içində intiharın sayında artım var. İntihar artımı kişilərdə qadınlara nisbətlə 1,5 dəfə, böyük şəhərlərdə 2 dəfə daha yüksəkdir.

Şərq və Cənub-Şərqo Anadolu bölgələri cinsiyyət baxımından digər bölgələrdən fərqlənir. Qadın intiharlarının həddi bu bölgələrdə kişilərdən daha yüksəkdir.  

Digər məlumata görə, 2014-cü ildə Türkiyədə hər 100 min adamdan 4-ü intihar edib.    

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi