Modern.az

Nardarana qaz verilişi bərpa olunur

Nardarana qaz verilişi bərpa olunur

1 Dekabr 2015, 16:10


“Azəriqaz “İstehsalat Birliyi Naradaran kəndinə təbii qazın verilişini bərpa edir.

Bu haqda Modern.az saytına məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, bununla bağlı rəhbərliyin göstərişi var:

“Nardaran Bağları Massivi fasiləsiz olaraq qaz alır. Amma Nardaran kəndinin özündə təbii qazdan qeyri-qanuni istifadə halları çox olduğuna görə hadisələrdən xeyli əvvəl qaz təchizatı dayandırılmışdı.

Rəhbərliyin göstərişinə əsasən bir-bir mənzillərə baxış keçiriləcək. Bu barədə artıq abonentlərə də məlumat vermişik.

Kimlər ki, sayğacları açıb kənara qoyub, onlar dövlət yoxlamasından keçiriləcək. Hər bir abonentlə müqavilə bağlanaraq mənzillərə təbii qazın verilişi bərpa olunacaq”. Azəriqaz rəsmisi borcların abonentlər tərəfindən ödəniləcəyini bildirib:

“Biz qaz verilişinin bərpasına hazırıq, abonentlər özü müraciət edə bilərlər. Kimlərin ki, debutor borcu var, hamısı ödəniləcək”. İ.Kərbalayev qeyd edib ki, kənddə istifadədə olan sayğaclar smart kart tiplidir.  

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi